“Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Putin Qərbin dünyada hegemonluğunun başa çatdığını vurğulayıb. “ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib. Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: “NATO bizi “kağız pələng” adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта