GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Tramp və amerikalı milyarder Cefri Epşteynin əl-ələ tutduğu heykəl yenidən görünüb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
“Kapitol binası yaxınlığında seks cinayətlərində təqsirli bilinən və həbsxanada ölü tapılan Cefri Epşteynlə Trampın heykəli peyda olub. “The Secret Handshake” adlı anonim sənət kollektivinin yaratdığı “Əbədi dostlar” adlı heykəl ilk dəfə sentyabrın 23-də quraşdırılmışdı. Lakin ertəsi gün Milli Park Xidməti tərəfindən götürülmüşdü”, – deyə bildirilib.
Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ilin avqust ayının 10-da saxlanıldığı Menhetten Mərkəzi Həbsxanasında müəmmalı şəkildə ölü tapılıb. Sevgilisi Qisleyn Maksvell isə azyaşlı qurbanların fahişəliyə cəlb edilməsində fəaliyyəti iddiası ilə 65 il azadlıqdan məhrum edilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.