2025-ci ilin ilk səkkiz ayında Azərbaycanda haqsız rəqabət və iqtisadi təmərküzləşmə ilə bağlı müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə, qanunsuz reklamlar və təbii inhisar subyektlərinin fəaliyyəti üzrə şikayətlər isə 20%-ə qədər artıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 83 təmərküzləşmə əməliyyatı araşdırılıb, 54 hallarda haqsız rəqabətə yol verilməsi ilə bağlı təhqiqatlara başlanılıb və nəticədə 12 iş üzrə inzibati tədbirlər görülüb.
“Bütün bunlar rəqabət mühitində fəallığın və davamlı inkişafın göstəricisidir,” – Bağırov qeyd edib.
O əlavə edib ki, aparılan tədbirlər nəticəsində 14 təsərrüfat subyekti pozuntuları könüllü şəkildə aradan qaldırıb, bu isə sahibkarların rəqabət normalarına artan həssaslığından xəbər verir.
2024-cü ilin iyulun 1-dən ölkədə "Rəqabət Məcəlləsi" qanunu qüvvəyə minib.
Milli Məclis Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu 2023-cü ilin dekabrında qəbul edib.
Prezident bu qanunu 2024-cü ilin yanvarında təsdiq edib.
Bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçmiş rəisi Məmməd Abbasbəyli bildirib ki, Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılırdı. Yeni layihə 12 fəsil, 84 maddədən ibarətdir.
Gülnar Nazimqızı