RU

"Bualoy" qasırğası qurbanlarının sayı 51 nəfərə çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vyetnamın şimal və mərkəzi bölgələrinin məruz qaldığı "Bualoy" qasırğası nəticəsində ölkədə ən azı 51 adam həlak olub, 14 nəfər itkin düşüb.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Vyetnamın Bəndlərin idarə olunması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, qasırğa qurbanlarının sayı 51 nəfərə çatıb, daha 14 adam itkin düşüb, 164 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Sürüşmələr və daşqınlar nəticəsində 172 mindən çox ev tamamilə çöküb və ya qismən dağılıb, daha 66 min ev suyun altında qalıb.
Избранный
32
oxu.az

1Источники