RU

Zəngəzur dəhlizi nə vaxt açılır? – Mirzoyan tarix verdi

“Bakı və İrəvan nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq barədə razılığa gəliblər. Burada söhbət bütün infrastrukturdan gedir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TPV World” televiziyasına müsahibəsində deyib.

Mirzoyan TRIPP (Zəngəzur dəhlizi – red.) layihəsinin razılaşdırılması ilə bağlı detalları bölüşüb:

“İki ölkə də bir-birinin dəmir yolu sisteminə, daha sonra isə avtomobil yolları və digər infrastrukturuna çıxış əldə edəcək. Nəticə olaraq biz bir-birimizin infrastruktur imkanlarından normal qonşular kimi istifadə edə biləcəyik. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) adlandırılmalıdır. Ermənistan və ABŞ layihənin icrası üçün dəmir yolunun inşası və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır. Beləliklə tikintiyə xarici şirkətləri də cəlb etmək mümkün olacaq”.

O bildirib ki, hazırda Vaşinqtondan gələn nümayəndələrlə birlikdə bəzi texniki məsələlər müzakirə edilir:

“Düşünürəm ki, yaxın aylarda bütün vacib detallar dəqiqləşəcək və biz tikintiyə başlayacağıq. Ekspertlərin fikrincə, bu dəmir yolunun tam ərsəyə gətirilməsi ən azı 2 il çəkə bilər. Amma biz Ermənistanla Azərbaycan arasında əlaqənin tezliklə qurulmasında, açılmasında və bərpasında çox maraqlıyıq, çünki əsas benefisiarlardan biriyik”. /Globalinfo.az

Избранный
36
turkustan.az

1Источники