Norveçin Finnmark bölgəsində, Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlər zamanı itkin düşən son beş hərbçi tapılıb.
Bu barədə “NRK” məlumat yayıb.
Məlumata görə, təlimlər başa çatdıqdan sonra 7 nəfər hərbiçi toplanma yerinə vaxtında gəlməyib və onlarla əlaqə kəsilib.
Axtarışlara xilasedicilər, polis, silahlı qüvvələr və Qızıl Xaç cəlb edilib.
Bildirilir ki, ilk olaraq 2 nəfər gecə saatlarında helikopterlə aşkar edilib. Qalan 5 nəfəri isə səhər saatlarında tapmaq mümkün olub.
APA