RU

Ersin Tatar Azərbaycana səfər edəcək

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.

Ersin Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
21
azpolitika.info

10Источники