RU

Türkiyədə MOSSAD üzvü belə saxlanıldı – FOTO

Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat təşkilatı Mossad üçün fəaliyyət göstərən Serkan Çiçək yaxalanıb.

MİT-in məlumatına görə, Çiçək Mossad-ın Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rasheed ilə əlaqədə olub. O, Rasheed-in göstərişi ilə İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinli fəalı 4 min dollar qarşılığında izlədiyini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Serkan Çiçəyin əsl adı Muhammet Fatih Keleşdir. O, iş həyatında çoxlu borc topladıqdan sonra adını dəyişərək 2020-ci ildə “Pandora Əməliyyat Agentliyi” adlı detektiv şirkəti qurub.

MİT-in araşdırmaları nəticəsində Serkan Çiçəyin Mossad üçün casusluq etdiyi sübuta yetirilib və o, keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Milli.Az

Избранный
20
1
editor.az

2Источники