RU

Türk dövlətləri əməkdaşlığın 16-cı ilini qeyd edirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türk dövlətlərinin bir araya gələrək ərsəyə gətirdiyi Türk Dövlətləri Təşkilatı (TDT) əməkdaşlığın 16-cı ilini qeyd edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilat öz rəsmi "X" hesabında paylaşım edib.
Paylaşımda Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində təbrik mesajı dərc edilib.
"3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə sizi təbrik edirik!" - deyə mesajda bildirilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın tamhüquqlu üzv olduğu, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Macarıstan və Türkmənistanın müşahidəçi statusunda yer aldığı bu mötəbər qurum türk dünyasının beynəlxalq arenada səsinə çevrilib.
Qurumun adı 2021-ci ilin noyabrında İstanbulda keçirilən tarixi zirvə toplantısında Türk Dövlətləri Təşkilatı olaraq müəyyən edilib və yeni bir dövrün başlanğıcı qoyulub.
İlkin adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (qısaca, Türk Şurası) olan TDT-nin təməli 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanmış tarixi Naxçıvan Sazişi ilə qoyulub.
Gündən-günə regional miqyasda tanınmağa başlayan TDT 16 illik mövcudluğu dövründə ümumi olaraq 4.25 milyon kvadrat kilometr ərazisi və təxminən, 160 milyon əhalisi olan üzv ölkələri ilə türk dünyasının geosiyasi mövqeyini gücləndirən təsirli beynəlxalq təşkilata çevrilib.
Mərkəzi İstanbulda yerləşən TDT Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, hər ölkədən müdrik insanlardan ibarət Ağsaqqallar Şurası, Yüksəkvəzifəli Məmurlar Komitəsi və effektiv katiblikdən ibarət peşəkar struktura malikdir.
Bundan əlavə, TDT Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası və Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu, Türk Mədəniyyəti və İrsi Vəqfi kimi mövcud əməkdaşlıq mexanizmləri üçün birləşdirici çətir təşkilatı kimi fəaliyyətini uğurla davam etdirir.
Избранный
28
44
oxu.az

10Источники