RU

Azərbaycan da hakerlərin hədəfində

Son günlər beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlarda “Red Wolf” adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı, Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.

P xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhülkəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilib ki, kibertəhlükəsizlik portalı – TechOwlShield”in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

“Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.

“TechOwlShield” bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

- Azərbaycan

- Fransa

- İsrail

- İordaniya

- Portuqaliya

- Kamboca

- Bolqarıstan

- Oman

- Hindistan

Избранный
22
10
publika.az

10Источники