RU

Ermənistanın ərazisi kiçildi – Paşinyan qəribə səbəbi açıqladı

“Ermənistanda qum sənayesində çox böyük problemlər var. Araz çayından qum çıxarılması ölkənin ərazi bütövlüyünün pozulması təhlükəsi yaradır”. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan nəticədə ölkənin ərazisinin kiçildiyini söyləyib:

“Çatışmazlığın aradan qaldırılması üçün Araz çayından qumun çıxarılması quru ərazisinin kiçilməsinə səbəb olur. Biz buna görə dövlət təhlükəsizliyi və ərazi bütövlüyünün pozulması kimi problemlərlə üzləşirik, həll etmək məcburiyyətində qalırıq. Təəssüf ki, hadisənin qarşısının alınması üçün effektiv tədbirlər də görülmür”.

Избранный
7
2
konkret.az

3Источники