RU

Rusiyada milyarder ovu – Daha bir səs-küylü həbs

Rusiyada milyarder ovu davam edir. Bu dəfə hüquq-mühafizə orqanları Moskvada milyarder İbrahim Süleymanovu saxlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, İbrahim Süleymanov Moskvada Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Süleymanovun ittiham edildiyi qətlin 2004-cü ildə baş verdiyi deyilir.

Əslən Dağıstandan olan İbrahim Süleymanov ölkənin ən nüfuzlu və gizli milyarderlərindən biri hesab olunur. Kütləvi informasiya vasitələri əvvəllər onu dövlətə məxsus “Sirena-Travel” aviaşirkətinin rezervasiya sisteminə nəzarət etməsi ilə əlaqələndiriblər. Onun və oğlu Rəsulun şirkətdə 49 faizlik payı var.

İ.Süleymanovun varidatını 90-cı illərdə - reketlik və soyğunçuluqla topladığı iddia olunur. Milyarder 2007-ci ildə dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunub. Basmannı məhkəməsi onu 10 il 11 ay müddətinə azadlıqdan məhrum edib. 2015-ci ildə həbsdən çıxaraq biznes fəaliyyətini davam etdirib.

O, Mixail Xodorkovskinin keçmiş biznes ortağı Platon Lebedevin kürəkənidir. Onun oğlu Rəsul Süleymanov formal olaraq “Sirena”nın ortaq sahibi sayılır, lakin atasının maraqlarını təmsil edir.

İ.Süleymanov həmkarlar ittifaqı lideri Gennadi Borisovun mümkün qətli ilə əlaqələndirilir:  o, milyarderi açıq şəkildə mənimsəmədə ittiham edirmiş. Borisov üzərində 25 bıçaq yarası aşkar edilib.

Musavat.com

Избранный
38
musavat.com

1Источники