RU

Putindən imdad dilədi: "Bizi onların ümidinə qoyma, bizi boğurlar..."

Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının lideri Milorad Dodik bəyan edib ki, o, Rusiya Prezidenti Vladimir Putindən Serb qurumunu Brüsselin “boğucu” bürokratlarının ixtiyarına buraxmamağı xahiş edib.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.

“Sadəcə olaraq Prezident Putindən mənim qeyd etdiyim imkanı qaçırmamasını istədim ki, bizi Brüsseldəki ikinci dərəcəli məmurların ümidinə qoymasın. Çünki onlar bizi boğmağa davam edir və normal yaşamağımıza mane olurlar”, – Dodik bildirib.

Xatırladaq ki, bir gün əvvəl Vladimir Putin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda həmkarı ilə görüşmüşdü.

Musavat.com

Избранный
39
musavat.com

1Источники