RU

Kamçatkada vulkan kül püskürüb

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkan Püskürməsinə Müdaxilə Qrupu (KVERT) məlumat yayıb. Məlumata görə, püskürmə nəticəsində yaranan kül şleyfi vulkandan təxminən 120 kilometr şərq istiqamətində yayılıb. Eyni zamanda, Kamçatkadakı başqa bir aktiv vulkan — Kraşeninnikov da alimlərin nəzarətindədir. Oktyabrın 3-də bu vulkanın dibindən küləklə qaldırılmış və yenidən havada asılı vəziyyət almış kül buludu müşahidə olunub. Şleyf təxminən 75 kilometr məsafə qət edərək cənub-şərq istiqamətində, Sakit Okeana doğru yayılıb. Mütəxəssislər bildirirlər ki, kül şleyfinin keçdiyi marşrut boyunca heç bir yaşayış məntəqəsi yerləşmir. Hər iki vulkan üçün narıncı səviyyədə aviasiya təhlükəsi xəbərdarlığı elan edilib. Vulkanların fəaliyyəti Kamçatka yarımadasının şərq sahilləri boyunca keçən beynəlxalq aviaşirkətlər üçün — xüsusilə ABŞ və Cənub-Şərqi Asiya arasında uçuş həyata keçirən reyslər üçün potensial təhlükə yarada bilər.

 

Избранный
55
Ajans.az

1Источники