III MDB Oyunları çərçivəsində daha bir futbol matçı keçirilib.
Far.Az report-a istinadən xəbər verir ki, 5-6-cı yerlər uğunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistan komandasının 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu gün bürünc medal uğunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək.
Qeyd edək ki, futbol yarışlarında oktyabrın 4-də yekun vurulacaq.