RU

Alzheimerdən qorunmaq üçün necə qidalanmalı?

Həkim Alzheimer xəstəliyindən qorunmaq üçün qidalanma qaydalarını açıqladı.

E-saglam.az xəbər verir ki, müasir tədqiqatlar göstərir ki, Alzheimer xəstəliyinin qarşısını tam şəkildə alan xüsusi bir pəhriz mövcud deyil. Lakin düzgün qidalanma ürək-damar xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır, bu isə demensiya riskini azaldır. Bu barədə “GemoTest” laboratoriyasının eksperti, nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya RIAMO-ya danışıb.

Onun sözlərinə görə, su-duz balansının qorunması çox vacibdir: gündəlik duz qəbulunu 5 qramdan artıq etməmək və hazır yeməklərə əlavə duz vərdişindən imtina etmək lazımdır.

Demyanovskaya həmçinin pəhrizə antioksidantlarla zəngin qidalar və doymamış yağ turşuları ilə zəngin məhsullar daxil etməyi tövsiyə edib.

Eyni mövzuda danışan somnoloq Maksim Novikov isə “İzvestiya” qəzetinə müsahibəsində qeyd edib ki, demensiyanın profilaktikasında sağlam yuxu da mühüm amildir. Onun sözlərinə görə, dərin yuxu zamanı beyin glympatik sistemi aktivləşir və orqanizmdən toksik maddələri, o cümlədən Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloidi xaric edir. Yuxu çatışmazlığında isə bu proses xeyli zəifləyir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
5
e-saglam.az

1Источники