Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 və "Mersedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.