RU

Rus ordusu Verbove kəndində məğlub olub

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna hərbçiləri Rusiya ordusunun Dnepropetrovsk vilayətinin Verbove kəndini ələ keçirməsi ilə bağlı iddiaları rədd edib. Reyting.az-ın məlumatına görə, Ukrayna ordusunun 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadasının (110-cu SMBR) Telegram kanalında bildiriblər ki, Verbove öz döyüşçülərinin nəzarətindədir.“Düşmən guya 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın məsuliyyət zonasında olan Verbove kəndinin ələ keçirilməsi ilə bağlı bəyanat verib və təbliğat videosu yayıb. Bu məlumat həqiqətə uyğun deyil. Düşmənin təxribat-kəşfiyyat qrupu Verbove ərazisinə sızaraq bayraq vurduqdan sonra bölmələrimiz tərəfindən məhv ediliblər”,- məlumatda bildirilir.Qeyd olunur ki, 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın döyüşçüləri kəndə daxil olub, düşmənin yerdə qalan qüvvələrini məhv edib, kəndi təmizləyiblər.“Verbove 110-cu Əlahiddə Mexanikləşdirilmiş Briqadanın nəzarəti altındadır”, - briqada qeyd edib.Qeyd edək ki, sentyabrın 22-də Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətinin Kalinovskoye kəndinin nəzarətə götürüldüyünü bildirsə də, Ukrayna Silahlı Qüvvələri bunu təkzib edib. V. QULİYEV Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
reyting.az

2Источники