Maliyyə Bərpası üzrə Federal Xidmətin rəhbəri Georgi Talın qətlində daha bir şübhəli şəxs müəyyən edilib. Şübhəli şəxs əvvəllər mütəşəkkil cinayətkar qruplaşmanın lideri kimi tanınan 55 yaşlı Abakar Dərbişevdir.
XəzərNews.az xəbər verir ki, məlumatı 112 Telegram kanalı yayıb.
Telekanalın məlumatına görə, Darbişev oktyabrın 1-də Moskva vilayətinin Odintsovo şəhərində saxlanılıb. Axtarış zamanı polisə müqavimət göstərən A.Dərbişev polis bölməsinə aparılıb və ürək tutmasından dünyasını dəyişib.
Dərbişev əvvəllər də müstəntiqlərlə əməkdaşlıq edib və iş adamı İbrahim Süleymanovun əleyhinə ifadə verib.
O, həmçinin Dağıstanlı mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri olub.
Qeyd edək ki, oktyabrın 2-nə keçən gecə Moskvada milyarder İbrahim Süleymanov həbs edilib . O, uzun müddətdir ki, rəqiblərinə qarşı repressiyaları təşkil etməkdə şübhəli bilinirdi. Lakin uzun müddət müstəntiqlər yetərincə sübut tapa bilmədikləri üçün İ.Süleymanov toxunulmaz olub.
Xəbər 5 dəfə oxunub.