RU

DİQQƏT! Sabah saat 10:00-dan 13:00-dək...

Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq.

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bizim.Media

Избранный
25
22
bizim.media

10Источники