RU

XİN: Qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik

3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə qardaş türk dövlətlərini səmimi qəlbdən təbrik edirik.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Təşkilatımızın təməlinin qoyulduğu Naxçıvan Sazişinin imzalandığı bu əlamətdar gün, ortaq tarix, dil və mədəniyyətə əsaslanan Türk dünyasının həmrəyliyinin və birliyinin təntənəsidir.

Azərbaycan, qardaş ölkələrlə birgə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə və ortaq gələcəyimizin qurulmasına sadiqdir.

Türk birliyi – güc, sabitlik və rifah mənbəyidir

Избранный
30
16
teleqraf.com

10Источники