"Qranada" klubunun qapıçısı Luka Zidan ilk dəfə Əlcəzair yığmasına dəvət edilib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı çərçivə qoruyucusu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Somali və Uqanda ilə oyunlarda milli komandasına kömək etməyə çalışacaq.

Luka əfsanəvi Zinəddin Zidanın oğludur.

O, ötən ay Əlcəzair yığmasını seçdiyini açıqlamışdı.

Qeyd edək ki, Vladimir Petkoviçin çalışdırdığl komanda hazırda Dünya çempionatında iştirakı təmin etməkdən cəmi 1 qələbə uzaqdadır.