RU

Rusiya-Almaniya müharibəsi başlayacaq, NATO və Çin isə… – SENSASİYA

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın ordusunu yenidən Avropanın ən güclü hərbi qüvvəsi etməklə bağlı səslənən fikirlərə münasibət bildirib. O, “Biz onların nə demək istədiyini diqqətlə dinləyirik. Düşünürəm ki, heç kim Rusiyanın cavabının özünü çox gözlətməyəcəyinə şübhə etmir”, – deyə vurğulayıb. Maraqlıdır, Putinin Almaniyanın ordusu ilə bağlı açıqlamasını Rusiya–Avropa münasibətlərində hansı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa qeyd edib ki, Putinin bu açıqlaması həm izləmə, həm də hədələmə mesajıdır:

Əli

“Putin əsasən Almaniyanı hədəf alır. Demək istəyir ki, biz İkinci Dünya müharibəsində Almaniyanı məğlub etmişik və yenidən gücümüzü göstərə bilərik. Əslində Rusiya–Ukrayna müharibəsinin Rusiya–Almaniya qarşıdurmasına çevriləcəyi ilə bağlı fikirlər var. Son aylarda Rusiyanın Avropa ölkələrinin hava məkanına təxribat xarakterli müdaxilələri, dron hücumları da bu baxımdan həm xəbərdarlıq, həm də hazırlıq kimi qiymətləndirilə bilər.”

Politoloq bildirib ki, Rusiya gec-tez Avropa ilə qarşıdurmanın qaçılmaz olacağını anlayır. Burada əsas tərəfdaş qüvvə Almaniyadır:

“Almaniya hazırda sürətlə silahlanır. Rusiya isə çalışır ki, bu qarşıdurmanı Almaniya tam güclənməmiş mərhələdə gündəmə gətirsin. Çünki Almaniya gücləndikdən sonra Moskva üçün daha çətin olacaq. Digər tərəfdən, Rusiya təkbaşına Avropaya qarşı dura bilmir və Çinin dəstəyinə ümid edir. NATO isə Rusiyanın niyyətindən xəbərdardır və hazırlıqlıdır. Bu prosesin ən önündə Almaniya olacaq.”

Aynurə İsmayıl

KONKRET.az

Избранный
20
1
konkret.az

2Источники