RU

TDT Baş katibi: "Tramp marşrutu" Orta Dəhlizin uğuruna əlavə təkan verəcək

“Tramp marşrutu”nun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək.

Aznews.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyev APA-ya müsahibəsində deyib.

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi - TRIPP perspektivi Zəngəzurda 43 km-lik ərazini əhatə edən və ABŞ tərəfindən idarə olunacaq Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirən yolun açılmasını nəzərdə tutur. Bu yol Mərkəzi Asiyadan Azərbaycan, Türkiyə vasitəsilə qlobal bazarlara çıxan böyük ticarət marşrutunun bir hissəsinə çevriləcək. Biz bu dəhlizi Orta Dəhliz adlandırırıq. O, şimal və cənub nəqliyyat dəhlizləri arasında şərq-qərb oxunda yerləşərək, hər iki alternativ marşruta nisbətən əhəmiyyətli strateji üstünlüklərə malikdir. Daha qısa məsafə, iqlim üstünlükləri, həmçinin daha sabit siyasi mühit bu üstünlüklər sırasındadır. TDT indiyədək Orta Dəhlizi üzv dövlətlərimizdən keçən Avropa–Çin arasında səmərəli beynəlxalq ticarət marşrutu kimi reallaşdırmaq üçün bir sıra layihə və təşəbbüslər həyata keçirib. Regionda tam sülhün və sabitliyin bərqərar olması və Tramp marşrutunun reallaşması Orta Dəhliz təşəbbüsünün uğuruna əlavə təkan verəcək”, - TDT Baş katibi qeyd edib.

Kubaniçbek Ömüraliyev Azərbaycan-Ermənistan sülh prosesində ABŞ-ın xüsusi roluna diqqət çəkib.

Избранный
13
5
aznews.az

6Источники