RU

Sərsəng su anbarına 19,7 milyon xərclənəcək

Sərsəng su anbarında təmir və bərpa işləri aparılacaq.

Ölkə.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda su anbarında təmir və bərpa işlərini icra edəcək şirkəti müəyənləşdirir.

Sözügedən işlərin icrasının 19,722 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Избранный
12
7
olke.az

8Источники