İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda bakteriya aşkarlandı.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Tarix: 3 Oktyabr 2025, 16:23