RU

Balıqçılıqla bağlı qərar

“Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin hüquqi statusu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

“Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs Prezident İlham Əliyevin 19 dekabr 2024-cü il tarixli Fərmanı ilə yaradılıb.

Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Избранный
9
2
konkret.az

3Источники