RU

İnsident: Belçikanın hərbi bazasının üzərində 15 ədəd PUA göründü!

Hurriyyet.az xəbər verir ki, Belçikada hərbi bazanın üzərində dronların uçması müşahidə edilib.

Oktyabrın 3-nə keçən gecə Belçikanın Lyej vilayətindəki Elzenborn bazasında 15 ədəd dron müşahidə edilib. Bu barədə VRT teleradio şirkəti məlumat verib.

Belçkianın Müdafiə Nazirliyi insidenti təsdiqləyərək araşdırmağa başlayıb. Mətbuatın məlumatına görə, dronların aşkar edilməsi təsadüfi şəkildə baş verib. Məhz həmin məqamda bazada yeni dron axtarışı sistemlərinin sınaqları keçirilirmiş.

Elzenborn təlim hərb düşərgəsidir. Burada əsasən atıcılıq təlimləri keçirilir. Telekanalın şərhçisi Yens Fransen qeyd edib ki, ilkin məlumata görə, dronlar Belçika ilə Almaniya sərhədlərini keçiblər və Almaniyanın Dyuren şəhərinin polisləri onları müşahidə ediblər. Dronların haradan gəldikləri naməlum qalıb.

Hürr Tərcüman

Избранный
16
1
hurriyyet.az

2Источники