Bakı. Trend:
"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi,reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsiçərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohurçölünə 11 baş ceyran buraxılıb.
Trendxəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətininrəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, HeydərƏliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cuildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan MilliParkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərəreintroduksiya olunub.
"Azərbaycan Respublikası Prezidentinin “AzərbaycanRespublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılmasıhaqqında” 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samur vəYevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar MilliParkı, Qax və Zaqatala rayonlarının ərazisində 13966 ha sahədə isəİlisu Milli Parkı yaradılıb”.
Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyatakeçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə500 başdan çox ceyran qeydə alınıb.