RU

Fatih Altaylının həbs müddəti uzadıldı


İstanbul məhkəməsi jurnalist və teleaparıcı Fatih Altaylının həbs müddətini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ona qarşı irəli sürülən ittihamlara görə, Altaylını 5 ilə qədər həbs cəzası gözləyir.
Jurnalist bu gün ilk dəfə hakim qarşısına çıxarılıb.
İstanbulun Silivri həbsxanasında keçirilən məhkəmə ilcasında hakim onun həbsdən azad olunması ilə bağlı vəsatətini təmin etməkdən imtina edərək, işin baxılmasını noyabrın 26-na qədər təxirə salıb.
Qeyd edək ki, Fatih Altaylı Prezident Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə ittiham olunur.
Избранный
10
yeniavaz.com

1Источники