Rusiya müharibənin 1318-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 87 714 PUA-sı, 631 zenit-raket kompleksi, 25 338 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 30 149 artilleriya və minaatanı, 43 126 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.