RU

Qonşu ölkələrdəki güclü zəlzələlər Azərbaycanda da hiss oluna bilər

Azərbaycan ərazisi zəlzələ baxımından aktiv seysmik zonada yerləşir. Buna görə də qonşu ölkələrdə baş verən güclü yeraltı təkanların təsiri ölkəmizdə də hiss oluna bilir.

Missiya.Az xəbər verir ki, Seysmoloq Ənvər Əliyev BAKU.WS-ə açıqlamasına bildirib ki, bu, ilk növbədə zəlzələnin gücündən və episentrdən olan məsafədən asılıdır. Onun sözlərinə görə, xüsusilə İran, Gürcüstan və Ermənistan ərazilərində baş verən güclü təkanların təsiri Azərbaycana da yayıla bilər.

"Əgər güclü zəlzələ olarsa, qonşu ölkələrin – İran, Gürcüstan və Ermənistanın ərazilərindəki seysmik proseslərin Azərbaycana təsiri mümkündür. Amma indiyədək həmin ölkələrdə baş verən dağıdıcı zəlzələlərin bizim ölkəyə ciddi zərər vurduğunu müşahidə etməmişik," – deyə o qeyd edib.

Mütəxəssislər bildirirlər ki, qonşu ölkələrdə baş verən hər bir güclü zəlzələ yerli seysmik müşahidə stansiyalarında qeydə alınır və aidiyyəti qurumlar tərəfindən izlənilir. Bu isə ölkə ərazisində potensial risklərin qiymətləndirilməsinə və mümkün təhlükələrin qarşısının alınmasına imkan verir.

Избранный
21
5
missiya.az

6Источники