Qeyri-işlək kreditlər
Bakı. Trend:
Bu ilk 6 ayı ərzində bank sektoru üzrə 56.7 milyon manatməbləğində silinmə baş verib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Bildirilib ki, silinmələr əsasən istehlak portfeli üzrə olub:"Belə ki, dövr ərzində silinmələrin 61.1%-i (34.61 milyon manat)istehlak portfeli üzrə, 38.8%-i (22 milyon manat) isə biznesportfeli üzrə olub. Biznesin kreditlərinin cəmi 2.8%-i qeyri-işləkstatusundadır".
Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işləkkreditlərin (QİK) həcmi 14.9% artaraq 431 milyon manat təşkiletmişdir. QİK əmsalı isə 0.3 faiz bəndi artaraq 2.8% təşkil edib.Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən tikinti sektoruüzrə müşahidə olunub. Təhlillər biznes portfelində QİK-in artımınınfərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığınıgöstərir", - deyə məlumatda qeyd edilib.