RU

ƏƏSMN regionlarda qəbullar keçirəcək - Qrafik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgələrdə keçirilən vətəndaş qəbulları oktyabr ayında davam etdiriləcək.

News365.az xəbər verir ki, qəbullar zamanı vətəndaşların əmək, məşğulluq, əlillik, sosial təminat, sosial xidmət və Nazirliyin səlahiyyət dairəsinə aid digər müraciətlərinə baxılacaq.  

Qeyd edək ki, respublikamızın müxtəlif şəhər və rayonlarında keçiriləcək vətəndaş qəbulları və qəbula yazılma ilə bağlı Nazirliyin sosial media hesablarında öncədən məlumat verilir.

ƏƏSMN-in rəhbər vəzifəli şəxsləri tərəfindən oktyabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:


Избранный
8
1
news365.az

2Источники