RU

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

(®) Azər Türk Bank 29 sentyabr – 3 oktyabr tarixlərində Frankfurt şəhərində keçirilən və dünyanın ən böyük maliyyə xidmətləri konfransı hesab olunan Sibos 2025 forumunda iştirak edib.

Bu il tədbirə dünyanın nüfuzlu bankları, fintex şirkətləri və maliyyə institutlarının nümayəndələri daxil olmaqla 12,5 mindən çox iştirakçı qatılaraq rekord göstərici əldə olunub.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Sibos dünya bank sektorunun gələcək gündəliyinin formalaşması və təcrübə mübadiləsi üçün unikal platformadır. Forum çərçivəsində Bankın əməkdaşları qlobal və regional tərəfdaşlarla görüşlər keçirərək, beynəlxalq hesablaşmaların inkişafı, müxbir münasibətlərin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə məsələlərini müzakirə ediblər.

Azər Türk Bankın bu nüfuzlu forumda iştirakı  qlobal maliyyə icması ilə açıq dialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və strateji kursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
5
marja.az

6Источники