RU

Rusiyanı gözləyən təhlükə: Moskva və Sankt Peterburq da hədəf olacaq

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Vaşinqton Kiyevi “Barrakuda” raketləri ilə təmin edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hələlik heç bir qərar verilməyib.

“Bu raketlər nisbətən ucuzdur və istehsalı daha asandır. Eyni zamanda 220-930 kilometr uçuş məsafəsinə malikdir və Rusiya üçün potensial təhlükə yaradır.

“Barrakuda-250M” raketləri zərbə radiusunda Zaporojye, Belqorod, Bryansk, Smolensk və Ukrayna sərhədi yaxınlığında yerləşən digər şəhərlərə çata biləcək. 930 kilometrə qədər uçuş məsafəsi olan “Barracuda-500M” isə Rusiyanın Tver, Yaroslavl, Kostroma, Velikiy Novqorod, Nijni Novqorod, Ulyanovsk, Saratov, Volqoqrad və Nalçik kimi şəhərləri üçün təhlükə yaradacaq. Bundan başqa, Moskva və Sankt-Peterburq , eləcə də Engelsdəki strateji raket daşıyıcı bazası zərbə zonası daxilində olacaq”.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
globalinfo.az

1Источники