RU

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır.

Marja xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Qeyd edilib ki, 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 17% (17 mln.manat) azalaraq 81 mln. manat olmuşdur.

Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 14 mln. manat azalaraq 42 mln.manat, həyat sığorta şirkətləri üzrə mənfəətlilik isə 2 mln. manat azalaraq 39 mln.manat, olmuşdur. 

Избранный
91
1
marja.az

2Источники