RU

Bakıda mühüm üçtərəfli görüş: Overçuk təsdiqlədi, İran da qoşulur

Azərbaycanda növbəti mühüm diplomatik hadisə baş tutacaq.

13-14 oktyabr tarixlərində Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfdən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadıqi iştirak edəcək.

Tərəflər nəqliyyat və logistika, enerji və gömrük sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
3
olaylar.az

10Источники