RU

Şəkidə AĞIR QƏZA - 6 nəfər xəsarət aldı

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.//APA

 
Избранный
16
14
musavat.com

10Источники