RU

Paytaxtda qardaş bacısına görə cinayət törətdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Qardaş öz bacısını iş yoldaşı olan sevgilisi ilə birlikdə görərək avtomobili onların üzərinə sürüb. Nəticədə bir gənc hadisə yerindəcə həyatını itirib.
Hadisəyə səbəb olan ilkin mübahisənin təfərrüatı məlum olub.
Məlumata görə, valideynlərini itirən Xəyal və Nəzakət adlı (adlar şərtidir) bacı və qardaş birlikdə yaşayırdılar. Mebel mağazasında çalışan Nəzakətin həmin mağazanın əməkdaşı Mehdi ilə (ad şərtidir) münasibətləri olub.
Bildirilir ki, Xəyal bacısının Mehdi ilə yazışdığını aşkar etdikdən sonra aralarında mübahisə yaranıb. Nəzakət hər hansı bir xoşagəlməz addım atmadığını bildirsə də, hadisədən bir gün sonra Xəyalın bacısına "hər şey adət-ənənəyə uyğun olmalıdır" deməsi ilə gərginlik davam edib.
Cinayət hadisəsi Nəzakətin və Mehdinin iş vaxtları bitdikdən sonra baş verib. Xəyal avtomobillə müştərini ünvana çatdırıb geri qayıdarkən, bacısı Nəzakəti və Mehdini yol kənarında birlikdə addımlayarkən görüb.
Bu mənzərəni görən Xəyal avtomobili qəsdən onların üzərinə sürüb. Zərbə nəticəsində Mehdi hadisə yerindəcə ölüb, Nəzakəti isə xilas etmək mümkün olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və hadisəni törədən şəxs saxlanılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Избранный
15
3
oxu.az

4Источники