RU

Ticarət savaşı bitir? Kanadanın Baş naziri Trampla görüşə gedir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanadanın Baş naziri Mark Karni gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Onların müzakirə mövzusu iqtisadiyyat və təhlükəsizlik məsələləri olacaq.

Globalinfo.az “Reuters”ə istinala xəbər verir ki, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd edək ki, rəsmi Ottava artıq bir neçə aydır ABŞ ilə Kanada mallarına tətbiq edilən bütün rüsumların ləğvinə yönəlmiş yeni iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır, lakin bu danışıqlar dalana dirənib.

Baş nazirin ofisi əlavə edib ki, ötən ay Kanada və ABŞ USMCA-nın (ABŞ-Meksika-Kanada ticarət sazişinin) birgə nəzərdən keçirilməsinə hazırlıq üçün məsləhətləşmələrə başlayıb. Karniyə görə, Vaşinqton səfərinin əsas məqsədi ABŞ-la yeni iqtisadi və təhlükəsizlik münasibətlərində ortaq prioritetləri müəyyənləşdirməkdir.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
globalinfo.az

1Источники