RU

Azərbaycan güləşçiləri III MDB Oyunlarında daha iki medal qazandılar

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışların ilk günündə daha iki güləşçimiz medal sevinci yaşayıb. Nəzrin Əhmədli (46 kq) və Hacıhüseyn Əhmədzadə (51 kq) final görüşündə məğlub olaraq gümüş medalla kifayətləniblər.

Daha əvvəl Hüseyn Rzazadə (45 kq) bürünc medal əldə etmişdi.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
28
90deqiqe.az

1Источники