RU

ABŞ Venesuela yaxınlığında narkotik ticarəti edən gəmiyə zərbə endirib

ABŞ prezident Donald Trampın göstərişi ilə Venesuela yaxınlığında beynəlxalq sularda narkotik ticarəti edən gəmiyə yeni zərbə endirib.

Qaziler.az xəbər verir ki, bu barədə Pentaqonun katibi Pit Heqset “X” sosial media platformasında məlumat verib.

“Bu gün səhər tezdən, prezident Trampın göstərişi ilə, mən təyin olunmuş terror təşkilatları ilə əlaqəli narkotik ticarəti edən gəmiyə kinetik zərbə endirmək əmri verdim”, - o yazıb.

Pentaqon rəhbəri əlavə edib ki, zərbə nəticəsində gəminin göyərtəsində olan 4 "narkoterrorçu" öldürülüb.

QAZİLER.AZ

Избранный
28
25
qaziler.az

10Источники