RU

Helikopter qəzası – Ölən və xəsarət alanlar var

İranda helikopter qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qızıl Aypara Təşkilatının Luristan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.

Qeyd olunur ki, helikopter Oştorankuhdakı dağlıq ərazidə 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.

Göyərtəsində səkkiz nəfərin olduğu helikopter 2 800 metr hündürlükdə qəzaya uğrayıb.

Qızıl Ayparanın məlumatına görə, əlaqə yaradıldıqdan sonra və zərərçəkənlərdən alınan məlumata əsasən, helikopterin göyərtəsində 9 nəfər olub, lakin təəssüf ki, zərərçəkənlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hazırda bölgəyə Luristandan altı əməliyyat qrupu göndərilib, axtarışlar davam edir.

Избранный
16
6
nocomment.az

10Источники