Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı VaşinqtondaKanadanın Baş naziri Mark Karni ilə görüş keçirəcək.
Trend-in"Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Başnazirinin ofisi məlumat yayıb.
Görüşdə əsas müzakirə mövzularının iqtisadi və təhlükəsizlikməsələləri olacağı bildirilib.
Xatırladaq ki, rəsmi Ottava bir neçə aydır ABŞ-la Kanadamallarına tətbiq edilən bütün rüsumların ləğvini nəzərdə tutan yeniiqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır. Lakin budanışıqlar hələlik nəticəsiz qalıb.