RU

Prezident Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün — 3 oktyabr — Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə sosial media hesablarında paylaşım edərək türk dünyasını təbrik edib.

"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009‑cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə və türk xalqları arasında həmrəyliyi artırmağa mühüm töhfələr verib.

Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!” — deyə İlham Əliyev paylaşımda  bildirib.

Избранный
7
33
anews.az

10Источники