RU

Limon satır, hesabında milyonu var - VİDEO

Limon satır, hesabında milyonu var - VİDEO

Bakıda 50 qəpiyə limon satan kişinin hesabına 1 milyon manata yaxın vəsait köçürülüb.

Sözügedən iddia ilə Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov çıxış edib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl ona Daşkəsən rayon polis şöbəsindən məlumat verilib ki, yaşlı qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsənilib.

Zahid Hüseynov bildirib ki, həmin zəngdən bir neçə gün sonra paytaxtda saxlanılıb və Daşkəsən rayon Polis Şöbəsinə aparılıb.

Z. Hüseynov deyib ki, bu hadisədən sonra ciddi narahat olub və bütün banklara gedərək adına hesab açılıb-açılmadığını dəqiqləşdirib. Amma belə bir hesabın və 1 milyon manatın olmasını heç bir bank təsdiq etməyib. Qeyd olunub ki, həmin hesab elektron pul kisəsi vasitəsilə yaradılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.

Избранный
25
12
afn.az

10Источники