RU

"Özü bunu istəmirsə, bu, onun seçimi və haqqıdır" - “Qalatasaray”ın oyunçusu haqda

Almaniya millisinin və “Bayern”in sabiq qapıçısı Oliver Kan vinger Leroy Sanenin “Qalatasaray”a keçidi barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, Sanenin əla futbolçu olduğunu bildirib:

“Sane əla futbolçudur. O, top-klubda oynamaq üçün bütün keyfiyyətlərə sahibdir.

Özü bunu istəmirsə, bu onun seçimi və haqqıdır. İndi onun “Qalatasaray”da öz yerini tapması vacibdir”.

29 yaşlı futbolçu yayda azad agent kimi Türkiyə klubuna keçib və 3 illik müqavilə imzalayıb. Onun dəyəri 25 milyon avro qiymətləndirilir.

Sane cari mövsümdə Super Liqada 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Избранный
9
sportinfo.az

1Источники