“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın növbəti turunda qarşılaşacaqları “Liverpul” haqqında yüksək fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında “qırmızılar”ın bu an üçün İngiltərənin ən yaxşı komandası olduğunu düşündüyünü deyib:
“Məncə, onlar hazırda İngiltərənin ən güclü komandasıdır. Bunu sübut etdilər – Premyer Liqanı qazandılar.
Biz isə hazırda inkişaf mərhələsindəyik, problemləri həll etməyə çalışırıq. Nəticədə, onlara yaxınlaşacağıq”.
Hazırda “Liverpul” 6 turdan sonra 15 xal toplayaraq Premyer Liqanın lideridir. “Çelsi” isə 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
“Çelsi” – “Liverpul” qarşılaşması bu gün saat 20:30-da start götürəcək. “Qarabağ” UEFA Çempionlar Liqasında “Çelsi” ilə evdə, “Liverpul”la isə səfərdə qarşılaşacaq.