RU

Rusiyada Birinci Kanal ın keçmiş redaktoru xarici agent elan edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Ədliyyə Nazirliyi "Birinci Kanal"ın keçmiş redaktoru Marina Ovsyannikovanı xarici agentlər reyestrinə daxil edib.

Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.

Nazirlik iddia edir ki, o, Rusiya hökumət orqanlarının qəbul etdiyi qərarlar və yeritdiyi siyasət barədə yoxlanmamış məlumat yayıb, habelə Ukraynadakı hərbi əməliyyatların əleyhinə çıxıb.

Qeyd edək ki, Ovsyannikova "Birinci Kanal"da canlı yayımlanan "Vremya" verilişinin axşam buraxılışı zamanı studiyaya icazəsiz daxil olaraq Ukraynadakı müharibəyə etiraz əks etdirən plakat nümayiş etdirmişdi.

O, 2022-ci ilin oktyabrında ev dustaqlığından Parisə qaçıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
oxu.az

2Источники